Xəbərlər
7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə ETİHİ Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində müəllim kollektivləri ilə görüşlər keçirilib.

7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə ETİHİ Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində müəllim kollektivləri ilə görüşlər keçirilib.
7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə ETİHİ Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində müəllim kollektivləri ilə görüşlər keçirilib.
Görüşlər zamanı müəllimlərə layiqli əmək anlayışının əsas istiqamətləri, əmək hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, əməyin mühafizəsi, əmək münasibətlərində hüquq və vəzifələr barədə məlumat verilib.
Çıxışlarda müəllimlərin əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu, işçilərin sosial təminatı və əmək münasibətlərində qarşılıqlı məsuliyyət məsələlərinə diqqət yetirilib.
Həmçinin təhsil müəssisələrində sağlam və təhlükəsiz əmək mühitinin yaradılmasının, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının və işçilərin hüquqi maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşlər zamanı müəllimləri maraqlandıran suallar cavablandırılıb, əmək hüquqları və layiqli əmək şəraiti ilə bağlı fikir mübadiləsi aparılıb.
“5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə Kürdəmirdə fəaliyyətə başlayan “Tam orta məktəb layihəsi”nin müəllimləri ilə görüş keçirilib.

“5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə Kürdəmirdə fəaliyyətə başlayan “Tam orta məktəb layihəsi”nin müəllimləri ilə görüş keçirilib.
“5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə Kürdəmir şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyətə başlayan “Tam orta məktəb layihəsi”nin müəllimləri ilə görüş keçirilib.
Görüş Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra “ETİHİ-nin Kürdəmir rayon komitəsinin sədri Samir Şükürov,Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfail Məmmədov,Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov, Tam orta məktəb layihəsinin müəllimlərini “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə təbrik edib, onlara pedaqoji fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıblar.
Sonda müəllimlər təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətə və gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə təşəkkürnamə və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, görüş ETİHİ-nin Kürdəmir rayon komitəsinin, Kürdəmir rayonu üzrə təhsil sektorunun və“Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçlığı ilə keçirilib
Kürdəmirdə Müəllimlər günü ilə bağlı şəhid müəllimin məzarı ziyarət olunub.

Kürdəmirdə Müəllimlər günü ilə bağlı şəhid müəllimin məzarı ziyarət olunub.
Kürdəmirdə Müəllimlər günü ilə bağlı şəhid müəllimin məzarı ziyarət olunub.
Oktyabrın 5-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayon üzrə Təhsil sektorunun müdiri Rəfail Məmmədov, Elm və Təhsil işçiləri Həmkarlar İttifaqının Kürdəmir rayon Komitəsinin sədri Samir Şükürov Vətən müharibəsi şəhidi, Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləmiş Ömərov Qoşqar Səxavət oğlunun məzarını ziyarət edib.
tədbirdə iştirak edən müəllimlər Vətən müharibəsində şəhid olan müəllimlər haqqında söhbət açıb, müəllimlik peşəsinin şəhidliklə əlaqəsini qeyd edərək, hər iki yolun şərəfli yol olduğunu bildirib.
Kürdəmir rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Kürdəmir rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Kürdəmirdə Beynəlxalq Müəllimlər Günü münasibətilə gənc nəslin təlim-tərbiyəsinə töhfə vermiş müəllimlərlə görüş keçirib.
Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Daha sonra Kürdəmir Rayon İcra Hakimiyyətində davam edən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli ilə birlikdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayon üzrə Təhsil sektorunun müdiri Rəfail Məmmədov, Elm və Təhsil işçiləri Həmkarlar İttifaqının Kürdəmir rayon Komitəsinin sədri Samir Şükürov iştirak ediblər. Çıxış edənlər müəllimlərin əməyini yüksək qiymətləndirilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Görüşün sonunda gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyət göstərən bir qrup müəllim Fəxri Fərmanla təltif edilib, hədiyyələr verilib.
Şəhid Ramil Babayevin övladının məktəbə hazırlıq dərslərinə başlaması münasibətilə Kürdəmir rayonunun 1 saylı tam orta ümumtəhsil məktəbində görüş keçirilib.

Şəhid Ramil Babayevin övladının məktəbə hazırlıq dərslərinə başlaması münasibətilə Kürdəmir rayonunun 1 saylı tam orta ümumtəhsil məktəbində görüş keçirilib.
Şəhid Ramil Babayevin övladının məktəbə hazırlıq dərslərinə başlaması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsi və Kürdəmir rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə məktəbdə görüş keçirilib.
Görüş zamanı şəhid övladına yeni təhsil həyatında uğurlar arzulanıb, onun sevincinə şərik olunub. ETİHİ Kürdəmir Rayon Komitəsi tərəfindən uşağa qiymətli hədiyyələr təqdim edilərək təbrik olunub.
Şəhid ailələrinə və onların övladlarına göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi bildirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ölkənin müxtəlif bölgələrində təhsil işçiləri ilə görüşlər keçirilir.
Bu çərçivədə Kürdəmir rayonunda müəllim kollektivləri ilə görüş keçirilib. Görüşdə ETİHİ Respublika Komitəsinin rəhbərliyinin təbrikləri təhsil işçilərinə çatdırılıb, müəllimlərin təhsilin inkişafında və gələcək nəslin yetişdirilməsində mühüm rolu xüsusi vurğulanıb.
Təhsil işçilərinin əmək fəaliyyəti, qarşılaşdıqları məsələlər, onların əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Sonda müəllimlərə peşə fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulanıb, xatirə şəkilləri çəkdirilib
27 Sentyabr Anım Günü

27 Sentyabr Anım Günü
27 Sentyabr Anım Günü münasibətilə Kürdəmir rayonu üzrə təhsil sektorunun əməkdaşları və ETİHİ-nin Kürdəmir rayon komitəsinin üzvləri, həmçinin ümumitəhsil, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin kollektivləri Şəhidlər xiyabanını və kənd qəbiristanlıqlarında olan şəhid məzarlarını ziyarət edərək, dərin hörmət və ehtiramla qəhrəman şəhidlərimizi yad edirik.
ETİHİ-nin Kürdəmir rayon komitəsi Gənc müəllimlərlə görüş keçirilib.

ETİHİ-nin Kürdəmir rayon komitəsi Gənc müəllimlərlə görüş keçirilib.
Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfail Məmmədov və ETİHİ-nin Kürdəmir rayon komitəsinin sədri Samir Şükürov bu il müəllim kimi əmək fəaliyyətinə başlayan gənc müəllimlərlə görüş keçiriblər. Görüş zamanı gənc müəllimlərə pedaqoji fəaliyyətə başlamaları münasibətilə uğurlar arzulanıb. Müəllimlərlə fikir mübadiləsi aparılıb, tədris, təminat, pedaqoji və metodiki hazırlıq mövzuları müzakirə olunub, gənc müəllimlərin sualları cavablandırılıb. Müvafiq tövsiyə və tapşırıqlar verilib.
Kürdəmir rayon 10 nömrəli Körpələr Evi-Uşaq Bağçasının metodisti Əliyeva Sevda Rəhman qızının 65 illik yubileyi münasibətilə görüş keçirilib.

Kürdəmir rayon 10 nömrəli Körpələr Evi-Uşaq Bağçasının metodisti Əliyeva Sevda Rəhman qızının 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüş zamanı uzun illər təhsil və məktəbəqədər təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsi adından Əliyeva Sevda Rəhman qızına Fəxri Fərman təqdim olunub.
Yubiley münasibətilə Sevda xanıma möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulanıb
Kürdəmir rayonunda Respublikanın Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplamış şagird və məzunlarla görüş keçirilib

Kürdəmir rayonunda Respublikanın Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplamış şagird və məzunlarla görüş keçirilib
Kürdəmir Rayon İcra Hakimiyyəti, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin birgə təşkilatçılığı ilə təhsil sahəsində yüksək nəticələr əldə edən, respublika və beynəlxalq səviyyəli olimpiada və müsabiqələrdə uğur qazanan şagird və məzunlarla görüş keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub və abidə önünə gül dəstələri qoyulub.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşən Həsənli və Kürdəmir rayon Təhsil Sektorunun müdiri Rəfail Məmmədov bildiriblər ki, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətin mühüm istiqamətlərindən biri savadlı, dünyagörüşlü, vətənpərvər və müasir düşüncəli gənc nəslin yetişdirilməsidir.
Qeyd olunub ki, Azərbaycan bu gün öz tarixinin mühüm və qürurverici mərhələsini yaşayır. Güclü dövlətimizin gələcək inkişafında gənclərin bilik və bacarıqları mühüm rol oynayacaq. Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi və hərbi nailiyyətlər, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması gənclər üçün böyük qürur mənbəyidir. Bununla yanaşı, qarşıda ölkənin gələcəyinə layiqli töhfə vermək kimi mühüm məsuliyyət və vəzifələr dayanır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin sədri Samir Şükürov çıxış edərək təhsilin inkişafı, əldə olunan uğurlar və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüb. O, şagirdlərin qazandıqları uğurların müəllim əməyinin, valideyn dəstəyinin və təhsilə göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb.
Şagird və məzunlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, qazandıqları uğurları gələcəkdə daha böyük nailiyyətlərlə davam etdirmək əzmində olduqlarını qeyd ediblər.
Tədbir zamanı qəbul imtahanlarında yüksək nəticə göstərmiş, respublika və beynəlxalq səviyyəli olimpiadaların qalibi olmuş məzunlara qiymətli hədiyyələr təqdim edilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.


